Əfqanıstanda FACİƏ: 6 ölü

Əfqanıstanda yol-nəqliyyat qəzasında 6 nəfərin öldüyü, daha 12 adamın isə yaralandığı bildirilir. 

Kelbecertv.com AZƏRTAC-a istinadən bildirir ki, insident Qəndəhar avtomagistralında baş verib.

Saytın məlumatına görə, Məyvand rayonu yaxınlığında sərnişin avtobusu sürücünün səhlənkarlığı ucbatından sürət həddini aşaraq və idarəetməni itirərək yolun kənarındakı yarğana yuvarlanıb. Əyalətin yol polisinin rəisi Sərdar Məhəmməd Naseri bildirib ki, həlak olanların arasında üç qadın və iki azyaşlı var. Yaralılar Qəndəhar şəhərinin xəstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir