Əli Əhmədov: “Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır”

“Yeni Azərbaycan Partiyası vaxtı çatanda növbədənkənar parlament seçkilərinə öz namizədlərinin siyahısını elan edəcək. Bu gündən qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır”.

Kelbecertv.com Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi – Sədr müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçiriləcək: “Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Vaxtı çatanda siyahı açıqlanacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni və əvvəlki tərkibdə olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşlarımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir