13 Almaniya klubu müflis ola bilər

Almaniya çempionatı may ayına qədər başlamasa, Bundesliqanın 36 komandasından 13-ü koronavirusa görə müflis ola bilər.

Oyunlara start verilməsə, ikinci Bundesliqanın yeddi klubunun may ayına, ikisinin isə iyuna qədər müflis olmaq ehtimalı var.

Birinci Bundesliqada isə dörd klub təhlükə altındadır. Onlardan biri mayda, üçü isə iyunda müflis ola bilər.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılması riskinə görə idman tədbirləri kütləvi şəkildə təxirə salınıb və ya ləğv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir