17 yaşlı oğlan tanışına 11 bıçaq zərbəsi vurdu

Şirvan şəhərində 17 yaşlı oğlan tanışına 11 bıçaq zərbəsi vurub.

Kelbecertv.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 3-ü, saat 17 radələrində baş verib.

1976-cı il təvəllüdlü Namiq Hüseynov sinə və qarın nahiyəsindən 11 bıçaq zərbəsi alaraq xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub və hazırda müalicəsi davam etdirilir.

Araşdırma zamanı məlum olub ki, N.Hüseynovu şəhər sakini, 2002-ci il təvəllüdlü Məzahim Əsədov bıçaqlayıb. Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir