2-ci Qarabağ savaşında iştirakı ilə seçilən Tərtər RTŞ-nin müdiri Yaşar Məhərrəmov – foto

…Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Məhərrəmov Yaşar müəllim də Vətənə ləyaqət nümunəsi sayılacaq şəxsiyyətlərdən biridir.

Əziz oxucular!

Bildiyiniz kimi, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də törətdikləri növbəti hərbi təxribatın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayaraq, 44 gün ərzində  işğal olunmuş Azərbaycan torpaqlarını uğurla azad etdi. Ordumuzun qısa müddətdə əldə etdiyi ardıcıl qələbələr xalqımızın döyüş ruhunun daha da yüksəlməsinə səbəb olmaqla, həm də xalqımızı bir yumruq kimi düşmənlə istər ön, istərsə də arxa cəbhədə mübarizəyə köklədi.

Məhz həmin dönəmdə istər tibb sahəsində çalışan həkimlərimiz, istər dövlət qulluqçuları, istər polis, istər mədəniyyət işçiləri, bir sözlə, hər sahədən ordu sıralarına qoşularaq ön cəbhədə iştirak etməyə, düşməndən 27 illik qisasımızı almağa tələsən igidlərimiz oldu. Belə mərd Vətən oğullarından biri də Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Məhərrəmov Yaşar müəllim oldu.

Tərtər kimi döyüş zonasında ən çox itkiyə, təzyiqə məruz qalan regionun təhsil şöbəsinə rəhbərlik edən Yaşar müəllim daim şagirdlərə aşıladığı fikirlərində bildirir ki, Azərbaycanlıların döyüş meydanlarındakı igidliyindən çox yazılıb və çox sözlər deyilib. Bundan sonra da yeni kitablar yaranacaq, filmlər çəkiləcək. Çünki həmin insanlar bütün dillərdəki ən gözəl sözlərə layiqdirlər. Amma elə məqamlar da var ki, orada söz fakta söykənməlidir. Azərbaycanlıların, daha doğrusu, bütün Azərbaycanın müharibədə göstərdiyi qəhrəmanlıq özü, böyük faktdır.

Şəxsən özünün də 2-ci Qarabağ savaşında iştirakı ilə Yaşar Məhərrəmov təkcə sözlərində yox, eyni zamanda əməlində də sübut etdi ki, Qarabağ 30 illik həsrətimizin adı idi… 30 yaşlı bir nəslin görmədiyi, adını elinin-obasının dilindən eşitdiyi dastanlaşan xatirələrdə eşidən, tarixi yaddaşlarda qalan vətənimizin əlimizdən alınan bir parçası idi. Və o, vətəndaş olaraq, müzəffər əsgər olaraq, Ali Baş Komandanın rəhbərliyi altında bu həsrətə son qoya bildi.

Yaşar müəllim hələ də tüstüsü səmada, qəhəri boğazlarda, göz yaşları yanağımızda qalan müharibənin qələbə sevincini daddıqca qələbədə haqqı olan şəhidlərimizin ruhuna dualar oxuyur, sağlamlığını itirən qazilərimizə Allahdan şəfa diləyir.

Əziz oxucular!

Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Y.Məhərrəmov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

Bütün Tərtərdə kimdən soruşsanız, onu belə xarakterizə edəcəklər – yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətəndaş!

Uğurlarınız bol olsun, Yaşar müəllim!!!

Seymur Məmmədov,

“aztv.news”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir