22 yaşlı Mbappedən yeni rekord

 

Çempionlar Liqasının 1/4 finalının birinci oyununda Almaniyanın “Bavariya” klubu ilə PSJ-nin qarşılaşması (2:3) fransalı futbolçu Kilian Mbappe üçün əlamətdar olub.

UEFA-nın “Twitter” səhifəsi məlumat verir ki, oyunda dubl ilə yadda qalan K.Mbappe Çempionlar Liqasının rekorduna imza atıb.

Belə ki, fransalı futbolçu tarixdə bir mövsüm çərçivəsində Çempionlar Liqasının 1/8 və 1/4  final oyunlarının səfər matçlarında beş qol vuran ilk oyunçu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir