3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar uşaqlar üçün tədbir təşkil edilib.

“Hüquq Dünyası Hüquqi Təblığat” İctimai Birlyi Şəmkir rayonunda 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar uşaqlar üçün tədbir təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi ilə “Hüquq Dünyası Hüquqi Təblığat” İctimai Birlyi tərəfindən həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqların sosial və psixoloji reabilitasiyası” layihəsi çərçivəsinə Şəmkir rayonunda 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar uşaqlar üçün tədbir təşkil edilib. Keçirilən tədbirdə bildirilib ki, cənab Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətlər sahəsində fəaliyyət istiqamətlərinin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan verib. Azərbaycanda aparılan dövlət siyasəti hər bir uşağın sağlam və firavan böyüməsi, layiqli vətəndaş kimi formalaşması üçün hərtərəfli şərait yaradılmasını, müvafiq hallarda etibarlı sosial təminat növləri ilə təmin edilməsini nəzərdə tutur. Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi nəticəsində qeyd olunan kateqoriya üzrə müəssisələrdə uşaqlar üçün müasir tələblər səviyyəsində, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb. Maraqlı anlarla yadda qalan tədbirdə uşaqlara müxtəlif hədiyyələr verilib. Sağlamlıq imkanları məhdud ayrı-ayrı uşaqlar mahnı və şerlər səsləndirib, öz bacarıqlarını nümayiş etdiriblər. Tədbir uşaqlar üçün musiqili-əyləncəli proqramlarla davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir