500 yaşı olan Məhəmməd Hənəfiyyə məscidi – VİDEO

Astaranın Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi rəvayətə görə, 1499-cu ildə Şah İsmayılın babası Şeyx Cüneyd tərəfindən inşa olunub və sonradan abidə dağıdılıb.
Məlumata əsasən, həmin özülün üzərində məscid bərpa olunub.

Məscidin mühüm bir sirri odur ki, bu dini abidənin özülü qibləyə yox, əks istiqamətə qazılıb. Məscid qırmızı kərpicdən tikilib, tavanı isə taxtadandır. İki hissəyə ayrılır: kişilər və qadınlar ayrı-ayrı qapılardan içəri girir. Dam hissəsində azan vermək üçün yeddi pilləli, ağac materialından hazırlanmış, hündürlüyü üç metr olan minarə var.

Kənd sakinləri deyir ki, əvvəllər bu məscid iki mərtəbədən ibarət olub. Məhəmməd Hənəfiyyə məscidi qədim tarixi ilə yanaşı, mühüm bir amillə də məşhurdur. Tarixi məlumatlara görə, Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətai bu məscidi ziyarət edib və burada namaz qılıb. Səfəvi dövlətinin gələcək banisi, balaca İsmayılın Ağqoyunlu Rüstəm padşahın təqiblərindən qorunmaq üçün altı il Lahicanda yaşadığı, 1499-cu ilin avqustunda isə 13 yaşında tərəfdarlarının müşayiəti ilə Astara rayonunun Ərçivan kəndinə gələrək qışı burada keçirməsi ilə bağlı məlumat var.

Qeyd edək ki, məscid hazırda yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir