ABŞ və Yunanıstan tankları Qərbi Trakiyaya yerilidir

ABŞ və Yunanıstan Qərbi Trakiyada birgə təlimlərə başlayacaq.
Axar.az xəbər verir ki, bu barədə yunan mətbuatı məlumat yayıb.
Təlimlər türklərin sıxlıq təşkil etdiyi Petrohori (İşkeçe qayalar) bölgəsində, bu gün başlayacaq və 18 sentyabra qədər davam edəcək.
Təlimləri Yunanıstan ordusunun Baş Qərargah rəisi Konstantinos Floros, ABŞ-ın Avropadakı yüksək rütbəli zabitləri və Yunanıstandakı səfiri Cefri Payet izləyəcək.
Bildirilir ki, təlimlərdə ABŞ-ın M1A2 “Abrams” tankları ilə Yunan ordusuna aid LEO2HEL və LEO2A4 tankları hərəkət zamanı sabit hədəflərə atış icra edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir