Abşeronda 25 yaşlı qadını evdə bıçaqlayıb öldürdülər

Abşeron rayonunda qətl hadisəsi törədilib.

Kelbecertv.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsindəki evlərdən birində baş verib. Evə keçirilən baxış zamanı 1994-cü il təvəllüdlü Verdiyeva Firuzə Kamandar qızının meyiti aşkarlanıb. Meyitə baxış zamanı onun bıçaqlanaraq öldürüldüyü məlum olub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, F.Verdiyeva Goranboy rayon sakinidir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir