Afət Fərmanqızı: “Nizamidən də oxuyaram, Füzulidən də. Kimə nə?”

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəlini hindsayağı ifa etdiyinə görə tez-tez tənqid edilən müğənni Afət Fərmanqızı bu dəfə Nizamidən oxuyacağını açıqlayıb.

İfaçı öz sosial şəbəkə hesabında bu barədə paylaşım edib. O,  Nizaminin yaradıcılığına müraciət edəcəyini deyib:
“Bəzi adamlar var, orda-burda mənim adımı çəkirlər. Deyirlər Afətə deyin ki, Nizami ilidir, bir dənə də Nizamidən oxusun. Oxumuşam! Yaxında görəcəksiniz. Niyə oxumuram?! Nizamidən də oxuyaram, Füzulidən də oxuyaram, kim mənə nə deyə bilər ki?!  Nəsimidən oxudum kim mənə nə deyə bildi ki? Deyənin də cavabını verdim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir