Ağcabədiyə gəlin köçən Aynişanın ilk görüntüləri – VİDEO

Ötən həftə təmtəraqlı şəkildə ailə həyatı quran Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva bu gün səhər saatlarında ata ocağından Ağcabədi rayonuna yola salınıb.

Kelbecertv.com   xəbər verir ki, fitnes məşqçisi Kənan Əliyevlə evlənən Aynişanın oğlan toyu Ağcabədi rayonunda keçiriləcək.

Aynişanın ata ocağından təmtəraqlı yola salma mərasimi olub.

Məclisdən görüntüləri A.Quliyeva və yaxın rəfiqələri sosial media hesablarında paylaşıblar.

Qeyd edək ki, rəsmi nikahı 26 yanvarda baş tutan Aynişan Quliyevanın həyat yoldaşı Kənan Əliyevin qohumları Ağcabədi rayonunda yaşayır. Bu səbəbdən də cütlüyün oğlan toyu Ağcabədidə keçiriləcək.

Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir