“Ağdamın işğaldan azad edilməsiylə sanki Allah bir daha gözlərimi özümə qaytardı…”

Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri, Ağdam döyüşlərinin iştirakçısı, Qarabağ qazisi Firudin Məmmədov doğma rayonu Ağdamın işğaldan azad edilməsinə sevindiyini hamı kimi sevindiyini bildirib.
F.Məmmədov Moderator.az-a açıqlamasında bu xəbərdən sonra o torpaqlarda itirdiyi gözünün sanki Allah tərəfindən özünə qaytarıldığını bildirib:
“Ağdamın işğaldan azad edilməsiylə sanki Allah gözlərimi özümə qaytardı. Çox böyük bir ağırlıq üstümüzdən götürüldü. 6 mindən çox şəhid ver, həm ev-eşiyindən didərgin düş, yəni bunların hamısı üstümüzdə ağır bir yük idi. Allah Ali Baş Komandanımıza, ordumuza, xalqımıza dəyməsin. Hamı birlikdə buna nail olub. Mən bir neçə dəfə cəbhə bölgəsində olmuşam və gözləyirəm ki, icazə verilsin və öz doğma Ağdamıma da gedim. Anam yaşayır, atam isə Bakıda rəhmətə getdi. Ağdamda nənəmin, babamın və digər yaxınlarımın qəbirləri qalıb. Ağdama baxanda görürsən ki, düşmən hətta asfaltı da qazıb daşıyıb. Mənə elə gəlir ki, düşmən Ağdam məscidindən müşahidə məntəqəsi kimi istifadə etdiyi üçün onu dağıtmayıb.Yoxsa, onlar məscidə canı yanan kafir deyillər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir