Agentlik: “Qarlı yollarda bunları nəzərə alın”

Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün ciddi çətinlik yaratmayıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Agentliyin nəzarət etdiyi Bakı şəhərinin əsas küçə və prospektlərində, həmçinin şəhərətrafı yollarda buz bağlama halı müşahidə olunmayıb:

“Buna baxmayaraq, buzlaşma ehtimalı ola biləcək ərazilərə ötən gündən etibarən xüsusi texnikalar çıxarılıb. Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir