Akkumulyator oğrusu tutuldu

Göyçayda akkumulyator oğurlayan şəxs saxlanılıb.

Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini idarə etdiyi “Kamaz” markalı yük avtomobilinə məxsus ümumi dəyəri 560 manat olan 2 ədəd akkulmulyatorun oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Talıbov saxlanılıb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır, oğurluq əməlində digər şəxslərin iştirakının olub-olmamasını müəyyənləşdirmək məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir