Aleksandr Əliyevdə koronavirus simptomları müşahidə olunur

Ukrayna millisinin, Kiyev “Dinamo”sunun və Moskva “Lokomotiv”inin sabiq futbolçusu Aleksandr Əliyev koronavirus simptomları ilə üzləşib.

A.Əliyev “Instagram”ın “Story” bölməsinə yerləşdirdiyi videosunda 37,4 – 37,5 dərəcə temperaturunun olduğunu bildirib.

Hazırda həvəskarlar liqasında çıxış edən 35 yaşlı futbolçu yalnız öskürdüyünü və özünü yaxşı hiss etdiyini, ancaq məsləhətə ehtiyacı olduğunu deyib.

O, həmin gün qızı ilə gəzintiyə çıxdığını da vurğulayıb.

Qeyd edək ki, daha əvvəl A.Əliyev yayılan koronavirus pandemiyasının saxta olduğunu bildirmişdi.

 

baxış sayı 19

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir