Aleksandr Lukaşenko sentyabrın 14-də Rusiyaya səfər edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyaya səfərinin tarixi bəlli olub.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə diplomatik mənbə bildirib.
Diplomatik mənbənin verdiyi məlumata görə, Belarus Prezidenti sentyabrın 14-də Moskvaya gedəcək.
Rusiya Prezientinin mətbuat katibi Dmitri Peskov isə səfərin tarixi barədə məlumat verməsə d, səfərlə bağlı hazırlıqların getdiyi bildirib.
Qeyd edək ki, ötən həftə Rusiya Baş naziri Mixail Mişustin Minskə səfər etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir