Altı yaşlı uşaq bir həftə anasının meyiti ilə yaşayıb

Başqırdıstanın Yanaul şəhərində dəhşətli hadisə baş verib.

Məlum olub ki, altı yaşlı uşaq bir həftə anasının meyiti ilə mənzildə tək qalıb.

Bu barədə şəhərin hüquq-mühafizə orqanları məlumat yayıb.

44 yaşlı qadın intihar edib. Nəticədə, onun altı yaşlı oğlu bir həftə anasının meyiti ilə qalmaq məcburiyyətində olub.

Hazırda baş verən hadisənin detalları araşdırılır. Körpə xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir