Antimilli ünsürlərin və onların xarici havadarlarının siyasi hoqqabazlıqları

Yaxud erməni riyakarlığına mübtəla olanlar uğursuzluğa məhkumdurlar

Bu gün güclü Azərbaycan dövləti dinamik inkişaf edir və həyata keçirdiyi siyasətlə beynəlxalq müstəvidə nüfuzunu daha da artırır. Bu isə, ölkəmizin inkişafını istəməyən bəzi xarici dairələri narahat edir. Bu yerdə böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin “Daş qəlbli bu insanları neylərdin, İlahi” şeiri yadıma düşdü. Ancaq sonradan fikirləşdim ki, bu insanlar daş qəlbli yox, alçaq, əxlaqsız və mənəviyyatsızlardır. Sabir rəhmə lik belə satqınları, xalqına, dövlətinə xəyanətkarlıq edib, özlərini satmaqla satılmağı bacaranlara başqa cür deyərdi: Lənət olsun, alçaqlıq bataqlığında eşələnənlərə, lənət olsun, erməni üfunəti verənlərə! Avropada “siyasi mühacir” adı ilə qrantlara satılanlar bilməlidirlər ki, heç vaxt çirkin niyyətlərinizə çata bilməyəcəksiniz. Çünki Azərbaycan güclü dövlətdir VƏ ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur.
Məhz bunun nəticəsidir ki, bu vaxta qədər Azərbaycanda keçirilən hər bir beynəlxalq tədbirlərin uğurla başa çatdırılması, heç də təsadüf sayıla bilməz.

Elşən Musayev: “Leyla Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər”

Millət vəkili Elşən Musayev Leyla Yunusun həyasızlığın son həddində olduğunu bildirib: “Həyasızlığın həddinə bax ki, belə bir əxlaqsız Azərbaycanı cəbhə dövründə yeyib-talayıb, bu gün isə böhtan yağdırır. Cinayət bataqlığında eşələnən L.Yunus, sən o Leyla Yunus deyilsən ki, hər zaman Azərbaycana qarşı satqınlıqla məşğul olmusan?” Millət vəkili Elşən Musayev bildirib ki, L.Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər: “L.Yunus tək deyil, bu gün Azərbaycanda çoxlu sayda ona bənzərlər var. Xarici dairələr həmişə Azərbaycanda Leyla Yunuslar yetişdirməyə çalışıb. Biz yeni Leyla Yunusların yetişməməsi üçün həssas olmalıyıq. Belələri Azərbaycana qarşı ermənidən daha betərdirLƏR”.

“Xarici və daxili bədxahlarımız unutmasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz”

Millət vəkili Elman Nəsirov demişdir ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz: “Taleyimiz öz əlimizdədir. Ölkəmizdə mövcud xalq-hakimiyyət birliyi sarsılmazdır. Xalq Prezident İlham Əliyevi, birmənalı olaraq, dəstəkləyir. Prezident də hər hansı beynəlxalq siyasi dairələrin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. Bu, xalq-hakimiyyət birliyini güclü edən həlledici amildir. Eyni zamanda, bu, monolitliyin xarici bədxahlarımızın və “sapı özümüzdən olan baltalar”ın hədəfinə çevrilməsini şərtləndirən mühüm səbəbdir. Qoy antimilli ünsürlər və onların xarici havadarları unutmasınlar ki, onların siyasi hoqqabazlıqları, həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa məhkumdur”.

Xainlərə güzəşt olmamalıdır

Bəlkə də belə sərt deyilən söz kimlərdəsə qıcıq yaratsın. Amma satqın, Vətən xaininləri və ermənipərəstlərə heç vaxt güzəşt olmamalıdır. Və bu satqınlar bilməlidirlər ki, bunu el tələb edir və elin qınağı da yaman olur!

Rəfiqə HÜSEYNOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir