Aqil Məmmədov şəhid Cabbarov Firuz Vəli oğlunun ailəsi ilə görüşmüşdür. VİDEO

Yeni Azərbaycan Partiyası tərəfindən 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülən Aqil Məmmədov 20 yanvar faciəsinin qurbanı olan Kəlbəcər rayon sakini şəhid Cabbarov Firuz Vəli oğlunun ailəsi ilə görüşmüşdür.Görüş zamanı torpaqlarımızını ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunmuşdur.Şəhidin atası Cabbarov Vəli İsmayıl oğlu 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Aqil Məmmədovun onlarla görüşünü dövlətimizin və xalqımızın şəhidə və şəhid ailələrinə göstərdiyi yüksək qiymət kimi dəyərləndirmişdir.Daha sonra çay süfrəsi arxasında fikir mübadiləsi aparılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir