Aralıq dənizində yanan gəmidəki azərbaycanlılar xilas edilib

Gürcüstan dənizçiləri Aralıq dənizində yanan BELLATRIX gəmisinin 12 nəfərlik heyətini xilas ediblər.

Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Gürcüstanın İctimai Televiziyasına açıqlamasında üçüncü dərəcəli kapitan Georgi Tuşmalişvili bildirib ki, yanan gəminin heyət üzvləri altı gürcüstanlı dənizçinin çalışdığı, Panama bayrağı altında üzən ARIFE yük gəmisinə götürülüb.

Xilas edilənlərə müvafiq tibbi yardım göstərilib, onların həyatı üçün təhlükə olmadığı bildirilib. Yanan gəminin heyət üzvləri İtaliya limanlarından birinə çatdırılıb.

Xilas edilənlər arasında Rusiya, Ukrayna, Azərbayan, Türkiyə və Hindistan vətəndaşları olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir