Arvadını qumarda uduzdu

Hindistan sakini arvadını qumarda uduzub.

“The Daily Mail”in verdiyi xəbərə görə, Binod Kumar Şah adlı qumarbaz arvadı Çanda Devini qumarda yoldaşına uduzub.

Qadın onun qumar yoldaşı ilə getmək istəməyəndə, Şah ona hücum edib.

Devi bununla bağlı polisə müraciət etsə də, onun şikayətinə baxılmayıb.

Şikayətə Devi məhkəməyə müraciət edəndən sonra baxılıb.

Hazırda hadisə araşdırılır.

Devi isə bu hadisədən sonra ərindən ayrılaraq, atası evinə qayıdıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir