Asiyanın ən yaxşı futbolçusunun adı məlum oldu

İngiltərə “Tottenhem” klubunun Cənubi Koreyadan olan hücumçusu Son Xın Min Asiyada 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.
Bu barədə “FOX Sports Asia” məlumat yayıb.
Səsvermədə ikinci yeri Sankt-Peterburqun “Zenit” klubunda çıxış edən iranlı hücumçu Sərdar Azmun tutub.
Qeyd edək ki, Son Xın Min dördüncü dəfədir ki, Asiyanın ən yaxşı futbolçusu adına layiq görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir