Astarada növbəti qanvermə aksiyası

Məlum olduğu kimi, Heydər Əliyev Fondu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya  və Transfuziologiya  İnstitutu ilə   birgə  talassemiya, eləcə də hemofiliya xəstəliklərindən əziyyət  çəkənləri  qan, onun komponentləri  ilə  təmin etmək üçün  vaxtaşırı ölkə ərazisində  qanvermə aksiyaları keçirir. Belə bir humanist tədbir Astara Rayon Mərkəzi Xəstəxanasında baş tutdu.

İdarə, müəssisə və təşkilatların kollektivlərinin, hüquq mühafizə orqanları əməkdaşlarının, ictimaiyyət  nümayəndələrinin qatıldıqları aksiyada  150 nəfər  rayon sakini tam yoxlandıqdan sonra onların  75-dən qan götürüldü.  Elmi-Tədqiqat  Hematologiya və  Transfuziologiya  İnstitutunun  Mərkəzi Qan Bankının  əməkdaşları  tərəfindən toplanan  qan  laboratoriya  müayinəsindən  sonra  ehtiyacı olan  xəstələrə sərf olunacaq.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir