“Atəşgah” Sığorta Şirkəti regionlardakı müştəriləri üçün “Bölgəm” adlı yeni Kasko məhsulu yaradıb

Faydalı könüllü sığorta təklifləri ilə Azərbaycan sığorta bazarının liderləri sırasında öz mövqeyini saxlayan “Atəşgah” Sığorta Şirkəti yeni bir təkliflə müştərilərini sevindirdi və bu dəfə regionlardakı müştərilərini nəzərə alaraq “Bölgəm” adlı yeni bir kasko məhsulu yaratdı.

Şirkətdən Trend-ə verilən məlumata görə, “Bölgəm” Kasko sığortası 99 AZN, 139 AZN və 179 AZN dəyərində 3 fərqli paketlərdən ibarətdir. Eyni zamanda müştərilər bu sığorta məhsulunu 3 ardıcıl ay ərzində hissəli ödəniş edərək əldə edə bilərlər.

“Bölgəm” sığortası sayəsində avtomobil sahibləri gələcəkdə maliyyə tərəfdən əminlik əldə edərək, avtomobillərini regionlarda baş verə biləcək hadisələrdən dəyən zərərlərdən sığortalayırlar. Bu məhsul Bakı şəhəri və Abşeron yarımadasına daxil olan şəhər və qəsəbələr istisna olmaqla Azərbaycan Respublikasının digər ərazilərinə şamil edilir.

1996-cı ildən fəaliyyət göstərən “Atəşgah” Sığorta Şirkətinin məqsədi müştərilərinə minimal sığorta haqqı, sığorta məhsulları təklif edərək yüksək səviyyədə xidmət göstərməkdir.

Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-ci ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008 ci ildən fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir