Aydın Əliyevin bəyanatı AXCP-nin legitimliyini şübhə altına aldı

Ayrı-ayrı epizodlar üzrə baş verdiyi üçün, bəlkə də,  çoxlarının diqqətini çəkmir. Amma bu “epizodik halların” uzlaşdırılması AXCP-də ciddi bir böhran yaşandığından xəbər verir. Ailə münaqişəsi zəminində  gündəmə gəldiyi üçün AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının olayı daha sensassiylı, cəlbedici görünə  bilər, lakin partiyada digər formatda yaşananlar siyasi yükünə görə daha ağırdırlar. AXCP üzvləri  “trol dəstələri” yaradan və onu mükəmməl şəkildə idarə edən sədrlərini ələ verdilər,  AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun AXCP sədri Əli Kərimli ilə danışığının səs yazısını mediaya ötürdülər. Həmin səs yazısı bu partiyanın  qanunazidd  əməllərlə məşğul olduğunu, ictimai rəylə manipulyasiya etdiyini çox açıq şəkildə göstərir. İndi də AXCP Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyev partiyanın sədrinə qarşı bəyanat verib (https://m.facebook.com/story.php?story_fbid=1170266106510253&id=100005806248645 ).

O, AXCP sədrinin xaricdən gələn qrantlar hesabına ərəb şeyxləri kimi həyat tərzi sürdüyünü deyib: “Partiya daxilində  diktatura rejimi qurub.  Fərqli düşünənləri, onun antidemokratik hərəkətinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub partiyadan uzaqlaşdırıb. Əli Kərimli bir siyasi dələduz olaraq bizi aldadıb. Bu gün də gəncləri aldadaraq öz çirkli oyunlarına qurban vermək istəyir”.

Belə görünür ki, bu partiyada uzun müddətli böhran vəziyyəti yetişibmiş, sadəcə partlayış üçün bəhanə lazım imiş. Fuad Qəhrəmanlı probleminin ortaya çıxması belə partlayış funksiyasını yerinə yetirib, partiya funksionerlərinə dərdlərini açmaq üçün səbəb verib.

Amma sonuncu olay- AXCP Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyevin bəyanatı öncəki hadisələrdən fərqlənir. Öncə yaşananlar əgər bir mənəviyyat məsələsi idisə, sonuncu hadisə həm də  hüquqi mötivlidir. Partiyanının 3 mühüm sütunundan, legitim rəhbər qurumundan  biri belə açıq etiraz  bəyanatıyla  çıxış edirsə, bu, artıq AXCP-də böhranın rəsmən elan edilməsi, baş toplantı çağırılması üçün hüquqi zəmin olması deməkdir.

Müşfiq Ələsgərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir