Azərbaycan qonaqpərvərliyi polyak səyyahı valeh edib

Polşanın Oleçku şəhərindəki Povyatsk Pedoqoji Kitabxanasında “Azərbaycan və Ruanda” mövzusunda seminar keçirilib.

Kitabxanadan bildiriblər ki, seminarı səyyah və jurnalist Andjey Malinovski aparıb. Tanınmış səyyah seminarda getdiyi bu iki ölkə barədə məlumat verərək, xüsusilə Azərbaycandan aldığı gözəl təəssüratları bölüşüb. O qeyd edib ki, Azərbaycan onun səyahət etdiyi 112-ci ölkədir və bu səfər onun xatirəsindən heç vaxt silinməyəcək.

Andjey Malinovski yerli əhalinin qonaqpərvərliyindən və milli mətbəxin ecazkarlığından, habelə Bakıda inşa olunan möhtəşəm binalardan da söhbət açıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir