Azərbaycan traktor istehsalını bərpa edib

Azərbaycan avqust ayında traktor istehsalını bərpa edib.
Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, 2020-ci ilin avqust ayında ölkədə 96 ədəd traktor istehsal olunub. Yanvar-avqust aylarında isə 165 ədəd traktor istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 79,8% azdır. Sentyabrın 1-nə anbarlarda 144 ədəd hazır məhsul ehtiyatı qalıb.
Xatırladaq ki, koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar traktorların istehsalı may ayından etibarən dayandırılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir