Azərbaycan XİN Qahirədə törədilən terror aktı ilə bağlı Misir hökumətinə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Misirin paytaxtı Qahirədə törədilən terror aktında həlak olanların ailələrinə başsağlığı verib.

Kelbecertv.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində qeyd edilib.

“Qahirədə avtomobildə bombanın partlaması nəticəsində ölənlərin ailələrinə dərin baş sağlığı diləyir, terror aktı nəticəsində yaralananlara isə tezliklə sağalmağı arzu edirik. Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini pisləyir”, – deyə XİN bildirib.SİA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir