Azərbaycanda bir gündə iki kişi yanaraq öldü

Şəmkir rayonunun Qədimqala kəndində, istixana ərazisində ümumi sahəsi 12 m² olan gözətçi otağının yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 50 m² olan qazanxananın dam örtüyü 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı gözətçi otağında 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Cabir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Qazanxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Daha bir yanğın Ağsu rayonunun Xatman kəndində qeydə alınıb.

Ümumi sahəsi 120 m² olan birmərtəbəli, üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1938-ci il təvəllüdlü Abulov Akif Xudaverdi oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hər iki hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir