Azərbaycanda eyni yol beşinci dəfə çökdü – FOTO/VİDEO

Sumqayıtda eyni yol beşinci dəfə çöküb.
Söhbət şəhərin Kamran Hüseynov küçəsindən gedir.
Ərazidə yolun çökməsi nəticəsində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Vətəndaşlar tərəfindən təhlükəsizlik məqsədilə yolun çökən hissəsinin ətrafına daş qoyulub.
İlkin məlumatlara görə, hadisə zamanı zərərçəkən olmayıb.
Xatırladaq ki, sözügedən küçədə yol bundan əvvəl dörd dəfə çöküb. Bir neçə dəfə yolda təmir-bərpa işləri aparılsa da, görünən odur ki, yolun çökməsinin qarşısını almaq mümkün olmayıb.
Oxu.az -a istinadən həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir