Azərbaycanda İcra başçısının xanım müavini vəzifəsinin icrasını dayandırdı

Suraxanı rayon icra hakimiyyətinin başçısının müavini Afət Həsənova seçkiyə görə vəzifəsinin icrasını dayandırıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olan Afət Həsənova parlament seçkilərinə qatıldığı üçün məzuniyyətə çıxıb.

Xəbəri Suraxanı rayon icra hakimiyyətinin Unikal.org-a təsdiqləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir