Azərbaycanda məktəbli itkin düşdü – FOTO

Zaqatalada 10-cu sinif şagirdi itkin düşüb.

APA-nın məlumatına görə, rayonun Qəbizdərə kənd sakini, 2004-cü il təvəllüdlü İmran İlqar oğlu Qardaşov fevralın 2-də yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

İ.Qardaşov evdən çıxan zaman əynində göy rəngli cins şalvar, mavi rəngli qış gödəkçəsi və idman ayaqqabısı olub.

Qeyd edək ki, İ.Qardaşov Mazıx kənd orta məktəbinin 10-cu sinif şagirdidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir