Azərbaycanda spirtdən zəhərlənib ölənlərlə bağlı RƏSMİ AÇIQLAMA

“Mart ayının 21-dən metil spirti içən doqquz nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib”.

Bu barədə  məlumatı TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva verib.

“Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərdən dördü ölüb, beşinin isə vəziyyəti stabildir”, – R.Əliyeva qeyd edib.

Qeyd edək ki, martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə metil spirti zəhərlənməsi diaqnozu ilə doqquz xəstə müraciət edib. Zəhərlənənlərdən dördü ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir