Azərbaycanda talassemiya xəstələrinin sayı artıb

Son 13 il ərzində Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan talassemiya xəstələrinin sayı artıb.
Kelbecertv.com Trend-ə istinadən xəbər verir ki, ötən il ölkədəki talassemiya xəstələrinin sayı 2017-ci illə müqayisədə azalsa da, ümumilikdə son 13 il ərzində göstərici 5 dəfədən çox artıb.
2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan talassemiya xəstələrinin sayı 3 700 olub. Bu say 2017-ci ildə 3 835, 2015-ci ildə 2 593, 2010-cu ildə 1 650, 2005-ci ildə 656 nəfər təşkil edib.
Ötən il qeydiyyatda olan talassemiya xəstələrinin 2 046-sı 17 yaşa qədər uşaqlar olub. 2018-ci ildə ölkədə 418 nəfərə ilk dәfә şəkərli talassemiya diaqnozu qoyulub ki, bu say da 2005-ci ildə 302 olub.
Keçən il ilk dəfə talassemiya diaqnozu qoyulmuş xəstələrin 232-si 17 yaşa qədər uşaqlardır.
2005-ci ildə əhalinin hәr 100 000 nәfәrindən 7,8-nə ilk dəfə talassemiya diaqnozu qoyulduğu halda, 2018-ci ildə bu göstərici 37,5-ə yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir