Azərbaycanda yenilənmiş, konstruktiv müxalifət olmalıdır

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, hər kəs ölkədəki inkişafın şahididir:

“Bu, həqiqətdir. Həqiqəti də insanlara çatdırmaq lazımdır. Bəzi hallarda neqativ fikirlər səsləndirilir. Azərbaycana müxalifət lazımdır. 2001-ci ildə demişdim ki, müxalifət yenilənməlidir. Yeniləndimi? Xeyr. Xarici qrantların hesabına yaşayırlar, donmuş partiyadan yapışıblar. Azərbaycanda yenilənmiş, konstruktiv müxalifət olmalıdır. Belə olan halda inkişaf daha da sürətlə gedər. Savadsız, yöndəmsiz müxalifətdən iqtidar nə götürəcək? Heç nə…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir