Azərbaycanın üç güləşçisi Avropa çempionatında debütünü erməniyə qarşı edəcək

Sabah İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı start götürəcək.

Kelbecertv.com  xəbər verir ki, bu gün yunan-Roma güləşində bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.

Maraqlıdır ki, üç güləşçimiz debütdə erməni idmançı ilə qarşılaşacaq.

55 kq 1/4 final: Eldəniz Əzizli – Rudik Mkrtaçyan (Ermənistan)

60 kq Təsnifat: Murad Bazarov – Yakopo Sandron (İtaliya)

63 kq 1/8 final: Taleh Məmmədov – İbrahim Labazanov (Rusiya)

67 kq Təsnifat: İslambəy Dadov – Kristian İştvan Vança (Macarıstan)

72 kq 1/8 final: Ülvi Qənizadə – Stoyan Stoyçev Kubatov (Bolqarıstan)

77 kq Təsnifat: Sənan Süleymanov – Aik Mnatsakanyan (Bolqarıstan)

82 kq 1/8 final: Rafiq Hüseynov – Tirone Sterkenburq (Niderland)

87 kq Təsnifat: İslam Abbasov – Kiril Maskeviç (Belarus)

97 kq Təsnifat: Orxan Nuriyev – Tadeuş Mixalik (Polşa)

130 kq 1/8 final: Sabah Şəriəti – David Ovasapyan (Ermənistan)

Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir