Azərbaycanla Koreya Respublikası arasında qrant yardımına dair Çərçivə Sazişi təsdiq edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında qrant yardımına dair” Çərçivə Sazişinin təsdiq edilməsi barədə qanunu imzalayıb.

AZƏRTAC xəbər verir ki, qərara əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında qrant yardımına dair” 2019-cu il yanvarın 11-də Bakı şəhərində imzalanmış Çərçivə Sazişi təsdiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir