Azərbaycanla Monteneqro arasında fövqəladə hallar sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

 

Kelbecertv.com AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” 2019-cu il mayın 3-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir