Azərbaycanlı hakim-inspektora UEFA-dan təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin VIII qrupunda keçiriləcək oyunlara UEFA tərəfindən hakim-inspektor təyin olunub.

Bununla bağlı AFFA məlumat yayıb.

Bu qrupda Fransa, Danimarka, Finlandiya və Farer adalarının yığma komandaları mübarizə aparacaq. Oyunlar noyabrın 13-dən 19-dək Danimarkada keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir