Azərbaycanlı müğənninin qızı qəza keçirdi – VİDEO

Müğənni İntizar Məmmədzadənin qızı ağır qəza keçirib.

Kelbecertv.com   xəbər verir ki, bədbəxt hadisə Moskvada yerləşən “Filion” əyləncə mərkəzinin “Sky” kartinqində baş verib.

İfaçı bildirib ki, doqquz yaşlı qızı Əsməray əylənən zaman ciddi xəsarət alıb:

“Yanvarın 21-də qızımın ad günündə əyləncə mərkəzinə yollandıq. Kartinq zamanı qızımın təhlükəsizlik kəməri bağlanmayıb. İdarəetmə zamanı Əsməray zərbə alıb. İki böyrəyi, dalağı və mədəaltı vəzi zədələnib. O, dörd gün reanimasiyada qalıb.

Qızım hazırda Moskvada klinikalardan birində müalicə alır. Böyrəkləri və dalağındakı problem qismən aradan qaldırılıb. Amma mədəaltı vəzi hələ də sağalmır. Hadisə ilə bağlı polisə müraciət etmişik. Təhlükəsizlik kəmərinin bağlanmamasını araşdıracaqlar”.

Qeyd edək ki, bu barədə məlumatı Vesti.az informasiya agentliyi yayıb.

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir