Azərbaycanlı qadın Kiprdə soyuldu – Sevgilisi qızıl dolu çantanı götürüb yoxa çıxdı

Qazimağusa şəhərində yaşayan Azərbaycan əsilli Səbinə Qasımova oktyabrın 15-də polisə müraciət edərək, 2019-cu ilin iyun ayında evindən qızıl əşyalarının oğurlandığını bildirib.

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Azərbaycan əsilli Ərman Şah olduğu müəyyən olunub və o, noyabrın 11-də polis tərəfindən tutulub.

S.Qasımova və Ə.Şah əvvəldən tanış olub və onu öz evinə gətirib.

Səbinə ölkə xaricində olanda Ə.Şah özündə olan açarla sevgilisinin evinə daxil olub və oradan içərisində 13 ədəd qızıl əşya olan çantanı oğurladığını etiraf edib.

Lakin sonradan həbs edilmək qorxusu ilə çantanı Səbinənin evinin qarşısına qoyub.

S.Qasımova isə çantanın içində qızılların olmadığını deyib. Qızılların yerini müəyyən edilənə qədər Ə.Şah iki gün müddütinə həbs edilib.

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir