AZAL vasitəsilə iki min nəfər ölkəyə qaytarılıb – Şirkət rəsmisi

“Bu günə kimi iki minədək vətəndaşımızı çarter reysləri ilə ölkəyə gətirmişik”

Bu sözləri AZAL-ın vitse-prezidenti İlham Əmirov deyib.

Yerli TV-lərin birindəki çıxışında şirkət rəsmisi bildirib ki, baxmayaraq ki, çarter reyslərin maya dəyəri adi reyslərdən artıqdır, buna rəğmən dövlət  qurumları, eyni zamanda AZAL bu işi yüksək səviyyədə həyata keçirir və bundan sonra da davam etdirəcəkdir.

İ. Əmirov onu da vurğulayıb ki, hazırda Rusiyada qalan vətəndaşlarımızın gətirlməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir