Bərdə rayon Uşaq Gənclər İnkişaf Mərkəzi “Danişan yol nişanları” adlı tədbir kəcirib-VIDEO+FOTO

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 27 dekabr 2018 ci il tarixli 852 nömrəli əmri ilə Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023 cu illər üçün dövlət proqramının təsdiq edilməsi haqqında sərəncam imzalanmışdır. Həmin sərəncama əsasən Bərdə rayon Uşaq Gənclər İnkişaf Mərkəzi “Danişan yol nişanları” adlı tədbir kəcirib. Tədbirin əsas məqsədi uşaqları yol hərəkəti təhlükəsizliyi haqqında marifləndirməkdir. Tədbirdə Bərdə rayon icra hakimiyyəti ,Yeni Azərbaycan Partiyasi, Təhsil şöbəsi ,içtimayət nümayəndələri , Bərdə rayon polis bölməsinin Rəisi polkovnik Muradəli Babayev , Bərdə rayon polis şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi polkovnik -leytinantı Anar Cəlilov və Sumqayıt, Gəncə, Mingəçevir, Ağdam Uşaq Gənclər İnkişaf Mərkəzlərinin direktorları və metodistləri iştirak edirdilər. Yığıncaqda Azərbaycan Respublikasının himninin ifası ilə başladı.
İfadan sonra tədbir iştirakçıların yol hərəkəti təhlükəsizliyi haqqında marifləndirici çıxışları ilə davam etdirildi.
Sonra tədbir şagirdlərin iştirakı ilə bir-birindən maraqlı musiqi , şeir kompozisiyalarla davam etdirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir