Bərdə şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib

Bərdə şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Anım tədbiri şəhərin “Qəhrəmanlar parkı”nda baş tutub. Burada 3.4 min nəfərdən çox Bərdə sakini matəm musiqisinin sədaları altında əbədi məşəl önünə gül düzərək, şəhidlərə öz ehtiramlarını bildiriblər. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev geniş nitq söyləyərək, dövlət müstəqilliyimizin əldə edilməsində 20 Yanvar şəhidlərinin yeri və rolundan, ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsi və bu faciəni törədən cinayətkarların dünyada tanıdılması, faciəyə hüquqi-siyasi qiymət verilməsi, bununla bağlı atdığı addımlardan, ölkə Prezidenti lham Əliyevin uğurlu daxili və xarici siyasətindən, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. Bu faciənin həm də şərəf tarixi olduğunu bildirib. Eyni zamanda Saat 12:00 – da avtomobillər, vasitəsi ilə səs siqnalları verilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonda şəhər məktəblərinin 20 Yanvar faciəsinə həsr edilmiş kompozisiyası nümayiş etdirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir