“Bacanağım boşanmış qızıma pulla cinsi əlaqəyə girməyi təklif etmişdi” – DƏHŞƏTLİ QƏTLİN ŞOK TƏFƏRRÜATI

Sumqayıt Apellyasiya Məhkəməsində namus üstündə bacanağını öldürməkdə təqsirli bilinən Şahin Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Kelbecertv.com “Ölkə.Az”-a istinadən xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Ş.Qasımovun apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Abşeron rayonu, Saray qəsəbəsində 1976-cı il təvəllüdlü Müşviq Abbasov bacanağı Şahin Qasımov tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Şahin Qasımova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İttihama münasibət bildirən Şahin Qasımov özünü təqsirli bilib.
O, bacanağını namus üstündə öldürdüyünü deyib: “Qızım ailə həyatı qursa da, sonradan boşanmışdı. Mənim evimdə qalırdı. Bir gün bacanağım Müşviq Abbasov bizə gəldi, yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu bıçaqladım”.

Şahin Qasımov əməlindən peşman olmadığını deyib: “Bacanağımın binamus hərəkətlərindən xəbərsiz idim. Qızıma pulla cinsi əlaqəyə girməyi təklif edib. Belə qeyrətsiz adamı yaxşı ki öldürdüm”.

Qeyd edək ki, Şahin Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir