Bakı metrosunda daha iki yeni qatar xəttə buraxıldı – FOTO/VİDEO

İyun ayında Rusiyadan Bakıya gətirilmiş daha iki müasir tipli qatarın “Nərimanov” elektrik deposunda sazlanması, tənzimlənməsi və sınaq işləri başa çatdırılaraq xəttə buraxılıb.
Musavat.com-a bu barədə danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, “Metrovaqonmaş”la bağlanmış müqaviləyə əsasən, 2020-2022-ci illər ərzində “Bakı Metropoliteni”nə, hər il 20 vaqon olmaqla, ümumilikdə, 60 yeni vaqon gətirilməlidir. Beləliklə, 2020-ci il ərzində gətirilməsi nəzərdə tutulmuş və texnoloji innovasiyalar baxımından 4-cü nəslə mənsub olan 4 yeni qatar artıq sərnişindaşıma prosesinə cəlb olunub. İlk iki belə qatar iyun ayının 29-dan xətdə işləyir.
Beləliklə, “Bakı Metropoliteni”nin lokomotiv parkındakı ən müasir tipli qatarların sayı 15-ə çatdırılıb.
İstifadəyə verilən yeni qatarların görüntülərini təqdim edirik:

      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir