Bakı-Sumqayıt yolunda taksi qəzaya uğradı – VİDEO

Ötən gün axşam saatlarında Bakı-Sumqayıt yolunda taksi qəzaya uğrayıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, “Saipa” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.

Qeyd edək ki, “Saipa” markalı avtomobili taksi olub. O, məşhuir taksi şirkətlərindən olan “Bolt” firmasının taksisi olub.

Qəza zamanı taksidə sərnişin olub. Hadisə zamanı sərnişin başından yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir