Bakı və Aİ danışıqların son mərhələsindədir – SƏFİR

 

Azərbaycan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqların son mərhələsindədir.

Bunu Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova yerli “Fokus” xəbər agentliyinə verdiyi müsahibəsində deyib.

Səfir müqavilənin mətninin demək olar ki, 90 faizi üzrə razılaşmanın əldə olunduğunu izah edib.

“Aİ ilə tərəfdaşlığımız bərabərliyə və qarşılıqlı hörmətə əsaslanır. Yeni ikitərəfli müqavilənin uğuru danışıqlar tərəflərinin çevikliyindən və qarşılıqlı faydalı həllər tapmasından asılıdır. Aİ əsas ticarət tərəfdaşımız olaraq qalır. Aİ ölkələri ticarət iqtisadi əlaqələrimizin 50 faizini tutur. 15 il ərzində Azərbaycan Avropaya etibarlı neft tədarükçüsü olaraq qalmaqdadır. Yaxın vaxtlarda ittifaqa Bolqarıstan da daxil olmaqla təbii qaz tədarükünə başlayacağıq. Bu baxımdan Aİ ilə tərəfdaşlığımızın artan əhəmiyyəti göz qabağındadır “, – diplomat deyib

Nərgiz Qurbanova əməkdaşlığın həmişə qarşılıqlı hörmət platformasına söykəndiyini vurğulayıb.

“Şərq Tərəfdaşlığının növbəti mərhələsindən daha çox fayda əldə edəcəyimizə ümid edirik. Aİ ilə və xüsusilə ittifaqın vacib ölkələrindən biri olan Bolqarıstanla müştərək işləri səbirsizliklə gözləyirik”, – N.Qurbanova bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir