Bakıda əməliyyat – Külli miqdarda narkotik tərkibli həblər aşkarlandı

Bakıda narkotik vasitələrə qarşı əməliyyatlar davam edir.

Kelbecertv.comDaxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gün bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini C.İsayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq metamfetamin, 763 ədəd metilendioksimetamfetamin və 1004 ədəd ekstazi həbi aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir